Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.61 $▲0.69%
  • WTI neft102.72 $▲1.36%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.028 $▼1.17%
  • Qızıl4 065 $▲0.21%
  • Gümüş53.82 $▼0.55%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 122 $▲0.40%
  • Ethereum2 357 $▲0.42%
  • S&P 5007 730▲0.09%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

Türkiyədə ilk yerli avtomobil təqdim olundu – Artıq 30 min müştərisi var(VİDEO)

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Devrim avtomobili” ilə başlayan Türkiyənin milli avtomobil xəyalı reallığa çevrilir.Busaat.az  xəbər verir ki, bu gün İstanbulun Gəbzə rayonunda təqdim olunacaq avtomobilin sükanında prezident Ərdoğan özü oturub. Türkiyənin Avtomobil Müəssisə Qrupu Sənaye və Ticarət A.Ş-nin (TOGG) hazırladığı avtomobil Gəbzə İnformasiya Vadisində təqdim olunub. Ərdoğan avtomobili Osmanqazi körpüsündə şəxsən sınaqdan keçirib.

Yerli avtomobilin artıq müştəriləri də var. 2035-ci ilə qədər Dövlət Vasitələri Ofisi 30 min avtomobil satın alacaq. 2022-ci ildə avtomobilin kütləvi istehsalına başlanılacaq. İldə 2142 avtomobil istehsal olunacaq.

Elektriklə işləyəcək avtomobilin qiyməti və adı hələ açıqlanmayıb. İstehsal yeri isə Bursa şəhəri olacaq. Bursada tikiləcək avtomobil fabrikinin ildə 175 min ədəd satması gözlənilir. Fabrikdə 5 növ elektrikli avtomobil istehsal olunacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=995