Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.34 $▼0.45%
  • WTI neft101.58 $▲0.24%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.028 $▼1.17%
  • Qızıl4 088 $▲0.78%
  • Gümüş54.41 $▲0.55%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 205 $▲0.50%
  • Ethereum2 363 $▲0.69%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

Türkiyədə işləməyə gedən azərbaycanlılara pis xəbər – YENİ QADAĞA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə xarici vətəndaşların yaşama izni alması qaydalarında dəyişiklik baş verib.

Busaat.az xəbər verir ki, 2020-ci ildən etibarən xarici vəəndaşların Türkiyədə kirayə müqaviləsi əsasında qalmasına icazə verilməyəcək.

Bu barədə Türkiyənin miqrasiya xidmətinin GOÇ idarəsinin açıqlamasında bildirilir. Xatırladaq ki indiyədək xarici vətəndaşlar Türkiyədə üç əsasla yaşaya bilərdilər – daşınmaz əmlak sahibi olmaqla, Türkiyədəki işəgötürənlə əmək müqaviləsi bağlamaqla və kirayə müqaviləsi ilə. İlk iki şərt əksər xaricilər üçün mümkünsüz olduğundan Türkiyəyə işləməyə gedənlərin əksəriyyəti, o cümlədən Azərbaycan vətəndaşları da qardaş ölkədə kirayə müqaviləsi bağlamaqla yaşayırdılar.

Kirayə kontraktı ilə qalanlara turist kimi qalanlar deyirlər və bunun üçün Daxili İşlər Nazirliyində qeydiyyatdan keçmək tələb olunurdu. İndi isə, qanunverciliyə son dəyişikliklərdən sonra artıq kirayə müqaviləsi ilə yaşamaq mümkün olmayacaq.

Ümumiyyətlə, hazırda Türkiyədə kirayə müqaviləsi ilə bir neçə milyon nəfər xarici vətəndaş yaşayır. Bunların əksəriyyəti keçmiş SSRİ respeblikalarından, eləcə də ərəb ölkələri və Afrikadan gələnlərdir.

Təkcə İstanbulda keçmiş sovet respublikalarının 2 milyona yaxın vətəndaşı yaşayıb işləyir.

Bundan sonra həmin şəxslər Türkiyədə yaşamaq üçün ya daşınmaz əmlak ədə etməli, ya da rəsmi iş taparaq işəgötürənlə rəsmi əmək müqaviləsi bağlamalıdırlar. İkinci variant daha çətin görünür, çünki Türkiyədə işləmək icazəsi olan xaricilərin sayı kvota ilə məhdudlaşır.

Türkiyədə daşınmaz əmlak şirkətlərindən FED.az-a bildirilib ki, hazırda Türkiyədə işləyənlərin 95%-i qanunsuz («qaçaq») işləyir. Belələrinin arasında ən çox türkmənlər, özbəklər, tacik, qırğız və azərbaycanlılar var. Türkiyədə təqribən 300 min Ermənistan vətəndaşı da qeyri-rəsmi çalışır. Belələri bazarlarda, mebel firmalarında, eləcə də zərgər və sair sahələrdə çalışırlar. Bundan başqa, Qara dəniz sahillərindəki kurortlarda gürcülər və Afrika ölkələrindən gələnlər çalışır.

Türkiyənin turizm sektorunda çalışan xaricilərin sayı xüsusilə çoxdur. Antaliyadan tutmuş İzmirə qədər kafe-restoranlarda işləyən qarsonlar, ofisiantlar, meyvə-dondurma, ayaqqabı-geyim satanlar və otel işçiləri xaricilərdir.

Xaricilər buradan öz ölkələrinə küll miqdarda vəsait də göndərirlər. Yeni qanundan sonra rəsmi qurumların bu sahəyə nəzarətinin də kəskin artacağı gözlənilir.

Əmlak şirkətlərindən bildirilib ki, yeni qayda – yəni kirayə müqaviləsinin ödkədə yaşamaq üçün əsas olmaması kirayə evlərə tələbatı və bu sahədən gəlirləri azalda bilər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=1296