Türkiyədə nəqliyyatla bağlı cərimələr kəskin şəkildə artırılıb.
Busaat.az xəbər verir ki, Türkiyədə nəqliyyatla bağlı cərimələr 2-20 qat arası qaldırılıb.
• Spirtli vəziyyətdə avtomobil idarə edənlər minimum 36 gün, maksimum 144 gün həbsdə qalacaqlar.
• Sərxoş halda avtomobil idarə etmək üçün 9267 TL olan cəza 50 min TL-yə, sürücülük vəsiqəsinin müsadirə müddəti isə 6 aydan 1 ilə qədər artırılacaq.
• Narkotikdən istifadə vəziyyətində avtomobil idarə etmənin cəzası 47.842 TL-dən 100 min TL-yə qaldırılacaq.
• “Drift” cəzası 46.392 TL-dən 80 min TL-yə, sürücülük vəsiqəsinin müsadirə müddəti 60 gündən 1 ilədək artırılacaq.
• Manevra qaydalarını ardcıl pozmağın cəzası 9267 TL-dən 50 min TL-yə yüksələcək.
• Təcili yardım, polis və xilasetmə maşınlarına yol verməməyə görə cəza 993 TL-dən 20 min TL-yə qaldırılacaq.