Məzmuna keç
  • Brent neft111.01 $▼2.13%
  • WTI neft101.55 $▼2.47%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.907 $▲0.31%
  • Qızıl3 920 $▲0.53%
  • Gümüş49.99 $▲1.45%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda602.50 ¢▼0.17%
  • Bitcoin78 296 $▲0.62%
  • Ethereum2 289 $▲1.43%
  • S&P 5007 580▼1.83%
15°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Analitika

Türkiyədə növbəti prezident SEÇKİLƏRİ: “Nəticələrin necə olmasından asılı olmayaraq...”-ŞƏRH

image-02263cbb-son-secim-anket-sonuclari
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İstənilən halda nəzərə almaq lazımdır ki, Türkiyədə Azərbaycanla qardaşlıq münasibətlərinə verilən qiymət dövlət siyasətinin əsas elementlərindən və atributlarından biri hesab edilir”.

Bunu Türkiyədə keçiriləcək prezident seçkilərinin Azərbaycanla olan müasibətlərə necə təsir edəcəyindən danışan politoloq Tural İsmayılov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Türkiyədə baş verən proseslər Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında AKP-MHP ittifaqının nəvbəti dəfə iqtidarda qalması ilə nəticələnəcək:

image-tural-ismayilov

“İstənilən halda Türkiyə müxalifəti daxilində yekdilliyin olmaması, “altılı masa” adlandırılan əsas müxalif blokun daxilindəki parçalanmalar və İYİ partiya sədri Meral Akşenerin “altılı masa”nı tərk etməsi Türkiyə müxalifətinin içərisindəki növbəti qeyri-yekdilliyin göstəricilərindən biridir. Əlaqələrin bu kontekstdə zədələnməsi nəticədə Azərbaycan ictimaiyyətində də müəyyən proqnozların verilməsinə səbəb olur”.

Türkiyədəki seçkinin nəticələrinin bu ölkənin Azərbaycana olan münasibətini dəyişib-dəyişdirməyəcəyini politoloq belə izah edib: “Növbəti seçkilərdə də AKP-MHP ittifaqının qalib gələcəyini hesab edirəm. Əlbəttə ki, Cümhur İttifaqının qalib gəlməsi Azərbaycanla olan əlaqələri daha da gücləndirəcək. İstənilən halda nəzərə almaq lazımdır ki, Türkiyədə Azərbaycanla qardaşlıq münasibətlərinə verilən qiymət dövlət siyasətinin əsas elementlərindən və atributlarından biri hesab edilir. Bu baxımdan nəticələrin necə olmasından asılı olmayaraq hesab edirəm ki, Türkiyənin Azərbaycana münasibəti və mövqeyi heç vaxt dəyişməyəcək”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102914