Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 829 $▲0.52%
  • Ethereum2 267 $▲0.63%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.8945
  • 100 RUB2.1118
  • GBP2.2645
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6554
  • 100 KZT0.3733
  • UAH0.0373
  • 100 JPY1.0772
  • CHF2.0518
  • USD1.7000
  • EUR1.8945
  • 100 RUB2.1118
  • GBP2.2645
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6554
  • 100 KZT0.3733
  • UAH0.0373
  • 100 JPY1.0772
  • CHF2.0518
Gündəm

Türkiyədən 165 nəfər Azərbaycana gətirildi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Martın 21-nə keçən gecə AZAL Naxçıvandan Lənkərana xüsusi reys yerinə yetirib. 

Azərbaycan Hava Yolları QSC-dən daxil olan məlumata görə, həmin reyslə Lənkərana Türkiyədən Naxçıvana avtobuslarla gəlmiş 165 nəfər Azərbaycan vətəndaşı gətirilib. Lənkərana enişdən sonra bütün sərnişinlər karantinə yerləşdirilib.

Mart ayının 22-də Minsk, Moskva, London və Nyu-York şəhərlərindən müvafiq reyslər həyata keçirilib və ümumilikdə 333 vətəndaş ölkəyə gətirilib.

Bu gün 95 Azərbaycan vətəndaşı daşıyan Yekaterinburq reysinin gəlişi gözlənilir. Mart ayının 23-də Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov və Lvovdan əlavə reyslərin həyata keçirilməsi planlaşdırılır.

Xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qaytarılması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir. Qeyd edək ki, mart ayının 15-dən etibarən hava yolu ilə bütün dünyadan 10 minə yaxın sərnişin Azərbaycana geri qaytarılıb

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6440