Türkiyədən Mitsotakisə cavab: “Düşmənliyin başqa örnəyidir”

image-turkey-greece-economic-relationsbackend

“Bu fikirlər faktların təhrif edilməsi və Türkiyəyə qarşı düşmənliyin bir başqa örnəyidir”.

Busaat.az xəbər verir ki, bunu Türkiyə nümayəndə heyəti Yunanıstan Baş naziri Kiryakos Mitsotakisin BMT-nin ümumi toplantısında Türkiyəni hədəf alan sözlərinə cavab olaraq söyləyib.

“Təəssüflər olsun ki, bu açıqlama faktların təhrif edilməsi və Türkiyə düşmənliyinin başqa örnəyidir. Türkiyənin ölkə və dünyadakı rolu beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir”, – deyə Türkiyə nümayəndə heyəti qeyd edib.

“İkili münasibətlərimizdə mövcud olan mənfi tendensiyalar təəssüflər olsun ki, Yunanıstanın şüurlu seçimdir. Demək olar ki hər gün iş birliyi və yaxşı qonşuluq münasibətləri əvəzinə təxribat xarakterli hərəkətlər edir və ritorikanın güclənməsini seçirlər. İkili görüşmələr və NATO Etibarlılığı Artırmaq Tədbirlərinin müzakirələrini donduran Yunanıstan tərəfidir”, – deyə çıxışda qeyd olunub.

Yunanıstanın 1 İyun 1995-ci il tarixindən etibarən Türkiyəni quru sularını 6 dəniz milinin üzərinə çıxarmaqla bağlı təhdid etdiyinə diqqət çəkən Türk heyəti, təhdidin rəsmi Afinanın Ege dənizinin şərqində yerləşən adalarda silahlanmağa başlaması ilə daha da artdığını söyləyib.

Nümayəndə heyəti Türkiyənin Kipr türklərinin suveren bərabərlik hüququ və beynəlxalq statusunu dəstəkləməyə davam edəcəyini əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90