Türkiyədən qardaş icmalarla bağlı elmi tədqiqatlara dəstək

image-yenigundem_2bda8be0a0e97723e67a36adf607f13b_r2gu1k3a7b6e504volxq-620x450backend
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları Baş İdarəsi (YTB) qardaş, qohum və soydaş icmaların inkişafı ilə bağlı elmi araşdırmalara dəstək məqsədilə “Bəşəri və Sosial İnkişaf Araşdırmalarına Dəstək Proqramı”na start verib. 
Busaat.az xəbər verir ki, ilk müraciət müddəti martın 7-dək davam edəcək proqram çərçivəsində ölkələr arasında izləniləcək siyasətlərə istiqamət verəcək araşdırmalara maliyyə dəstəyi veriləcək.
YTB Türkiyə ilə dərin tarixi, dini, siyasi, coğrafi və mədəni əlaqələri olan icmaların bəşəri və sosial inkişafı ilə bağlı hərtərəfli elmi araşdırmalara dəstək məqsədilə “Bəşəri və Sosial İnkişaf Araşdırmalarına Dəstək Proqramı”nı (BESKAP) həyata keçirib. Proqram çərçivəsində aparılacaq araşdırmaların qardaş icmalar və Türkiyə tərəfindən izlənəcək siyasətlər üçün yol göstərici olması hədəflənir. Bu çərçivədə siyasət sənədi və yol xəritəsi təşkil edəcək tədqiqatlara üstünlük veriləcək. BESKAP üçün müraciətlər fərdi tədqiqatçılar arasından seçiləcək. Bu çərçivədə; magistr və doktorantlar, bakalavr dərəcəsi olan fərdi tədqiqatçılar və doktorluq dərəcəsi olan müstəqil tədqiqatçılar və ya akademiklər proqrama müraciət edə biləcəklər.
Proqrama Türkiyə və xaricdəki tədqiqatçılar ikitərəfli və ya çoxlu ortaqlıqlar quraraq müraciət edə biləcəklər. Assosiasiya, fond və s. hüquqi şəxslərin müraciətləri qəbul edilməyəcək. Türkiyə Bursları çərçivəsində hazırda təhsil alan tələbələr də bu proqrama müraciət edə bilməyəcəklər. Türkiyədə təhsilini başa vurub ölkəsinə qayıdan Türkiyə məzunlarının isə müraciətləri qəbul ediləcək. Bir araşdırma layihəsinə maksimum 20.000 türk lirəsi dəstək veriləcək. Proqramla bağlı prioritet mövzular isə “Qurumsal Ayrı-seçkiliklər”, “Ana Dilində Təhsil Hüquqları”, “Təhsildə Bərabər İmkanlar”, “Vətəndaş Cəmiyyəti Araşdırmaları”, “Media Təhlili”, “Sosioloji və Demoqrafik Araşdırmalar” və “Türkiyə Məzunları” olaraq müəyyənləşdirilib.
İlk olaraq proqrama müraciətlər iki semestrdə qəbul ediləcək. Birinci semestr müraciət prosesi artıq başlayıb və 7 Mart 2022-ci ilə qədər davam edəcək. İkinci semestr müraciət tarixləri isə 28 mart-30 may 2022-ci il tarixləri olaraq müəyyən edilib. Proqram haqqında ətraflı məlumatı [email protected] ​​ünvanından da əldə etmək olar.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90