Türkiyəni BMT-yə şikayət edən Yunanıstana CAVAB

image-conflict-between-turkey-and-greece-greece-turkey-versus-greecebackend

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu və Liviyanın BMT-dəki daimi nümayəndəsi Taher El-Sonni Yunanıstana birgə məktubla cavab veriblər.

Busaat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, BMT Katibliyinə göndərilən məktubda Yunanıstanın “əsassız iddia və arqumentlərlə” Liviya hökumətinin legitimliyini gözdən salmağa çalışdığına diqqət çəkilib.

Məktubda bildirilib ki, Liviya Milli Birlik Hökuməti Yunanıstanın iddialarının əksinə olaraq beynəlxalq müqavilələr bağlamaq və ləğv etmək səlahiyyətinə malikdir və onun qanunları hökumətə digər dövlətlərlə müqavilə bağlamaq səlahiyyətini verir.

Yunanıstanın Liviya və Türkiyənin karbohidrogen sahəsində imzaladığı sazişin BMT-nin nəzarətində olan siyasi proseslərlə ziddiyyət təşkil etdiyinə dair iddialarının heç bir hüquqi əsası olmadığına diqqət çəkilən məktubda, əksinə, Liviya Milli Birlik Hökumətinə həm daxili, həm də xarici məsələlərdə tam səlahiyyət verildiyi qeyd edilib.

Məktubda Yunanıstanın Avropa Birliyi başda olmaqla bir çox dövlətin Liviya hökuməti ilə enerji, infrastruktur və iqtisadiyyat sahələrində əldə etdiyi razılaşmalara qəsdən kölgə saldığı, Yunanıstan da daxil olmaqla heç bir ölkənin iki ölkə arasındakı razılaşmalara müdaxilə edə bilməyəcəyi vurğulanıb.

Məktubda qeyd olunur ki, Türkiyə ilə Liviya arasında 27 noyabr 2019-cu ildə imzalanmış razılaşma BMT Konvensiyasının 102-ci maddəsinə uyğun olaraq bağlanılıb. Yunanıstanın sözügedən razılaşmanın onun suveren hüquqlarını pozduğuna dair iddialarının əsassız olduğu ifadə edilib.

Məktubda həmçinin vurğulanıb ki, Türkiyə ilə Liviya arasındakı razılaşmadan sonra sözügedən bölgədə Yunanıstan və Misir arasında imzalanmış oxşar razılaşmanın hüquqi qüvvəsi yoxdur.

Türkiyə və Liviya Yunanıstanı “əsassız ittihamlarına, düşmənçilik ritorikasına və gərginliyi artıran hərəkətlərinə son qoymağa və iki qonşu ölkənin suveren qərarlarına hörmət etməyə” çağırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki