Türkiyəyə aparılan 10 xocalılı uşağın həyat hekayəsi – Video

image-mycollages_-_2022-02-21t113136-125backend

Xocalı soyqırımı zamanı valideynini itirmiş uşaqlarla bağlı yeni faktlar ortaya çıxıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Busaat.az-a verilən məlumata görə, Diaspor TV əməkdaşlarının apardığı araşdırmalar zamanı məlum olub ki, soyqırımı nəticəsində valideynini itirmiş 10 uşaq rəssam Rafiq Əziz tərəfindən Türkiyəyə aparılıb. Onların Türkiyədə bütün təhsil və yaşam xərclərini “İstək” Vəqfinin rəhbəri, professor Bədrəddin Dalan ödəyib.

Təhsilini başa vuran xocalılı uşaqların bir neçəsi Azərbaycana qayıdıb, əksəriyyəti isə Türkiyədə qalıb. Bacısı ilə İstanbula gedərək təhsil alan, hazırda orada kompüter mühəndisi işləyən Ramil Məmmədov Diaspor TV-yə müsahibəsində 30 il əvvəlki qanlı hadisələri xatırlayıb və bugünkü həyatından söz açıb. Uşaqların Türkiyədə ümummilli lider Heydər Əliyevlə maraqlı görüşləri də olub.

Bütün bunlar barədə Diasporla İş üzrə Dövlət Komitəsinin və İctimai Televiziyanın ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışını izləməklə məlumat ala bilərsiniz. Veriliş bu gecə – fevralın 22-də saat 01:00-da İTV-də yayımlanacaq.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90