Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov Ukraynanın əməkdar jurnalisti Aleksandr Efimoviçlə görüşüb. Görüş Efimoviçin təsisçisi və baş redaktoru olduğu “Faktlar və Şərhlər” (Фа́кты и коммента́рии) nəşrinin redaksiyasında baş tutub. UAR həmtəsisçiləri Oleq Krapivin və Hikmət Cavadovun salamlarını baş redaktora çardıran Məmmədov disapora fəaliyyətində medianın rolunun və dəstəyinin vacibliyini vurğulayıb. “Biz sizi sadəcə media rəhbəri kimi yox, həm də vətənpərvər bir ictimai-siyasi xadim kimi tanıyırıq. Reallaşdırdığınız sosial proyetklər inanmağımıza əsas verir ki xalqlarımızın inteqrasiyası işinə də dəstək verəcəksiniz” deyən baş katib birgə əməkdaşlığa hazır olduqlarını bildirib. Azərbaycan-Ukrayna əlaqələrinin inkişaf ettiyini, bunu sevindirici olduğunu bildirən əməkdar jurnalist əməkdaşlıqdan məmnun olacağının bildirib. “Biz peşəkarcasına və sisitemli bir yol xəritəsi hazırlamalıq. Sistemli görülən işlər hər zaman daha tez və daha uğurlu nəticələr verir.” deyən Efimoviç davamlılığın və stabilliyin əsas olduğunu vurğulayıb. Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayan ictimai xadim Ukrayna Azərbaycanlıları Radasına uğurlar arzulayıb!
UAR mətbuatla əlaqələri genişləndirir

Bu bölməyə aid digər xəbərlər
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğızıstan kimi türk dövlətlərinə Azərbaycana daimi…
Fuad Muradov: “Ulu Öndər Heydər Əliyevin planları hər zaman türk dünyasının inkişafı ilə bağlı olub”
Ulu Öndər Heydər Əliyevin planları hər zaman Azərbaycanın bu günü, böyük türk dünyasının inkişafı ilə bağlı olub". Busaat.az xəbər verir ki, bunu Bakıda “Türk…
Şotlandiyanın Edinburq şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycanın Qarabağ bölgəsində kütləvi şəkildə basdırılan minaların…
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib. Busaat.az müraciəti təqdim edir: "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin…
Moldova azərbaycanlıları Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 100 illiyi ilə bağlı yaşadıqları ölkədə bir araya gələrək müxtəlif tədbirlər…
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanda səfərdə olan Türkiyə nümayəndə heyəti ilə görüşüb. Bu barədə Busaat.az-a Diasporla İş üzrə…