UEFA-dan görünməmiş qalmaqal: “Real Madrid”i finala çıxardı

image-1684396214_19_30_11_2023051719295098653_original_am-lbackend

Çempionlar Liqasının yarımfinal mərhələsində oynanılan “Mançester Siti” – “Real Madrid” matçı öncəsi UEFA İspaniya komandasını finala çıxarıb.

Busaat.az xəbər verir ki, iyunun 10-da İstanbulda keçiriləcək Çempionlar Liqasının finalı öncəsi UEFA qalmaqallı səhvə yol verib. Final matçı üçün sosial şəbəkədə paylaşım edən UEFA finalda “İnter”in rəqibi kimi yarımfinalda “Mançester Siti” ilə qarşılaşacaq “Real Madrid”i göstərib.

UEFA “Real Madrid” və “İnter”in loqolarından istifadə edərək, “Finalçılar bəlli oldu və mərhələ hazırdır. İstanbula getmək üçün 5 sualı düzgün cavablandırın” paylaşıb.

Qeyd edək ki, böyük reaksiyaya səbəb olan paylaşımdan sonra UEFA səhvini anlayıb və qısa zamanda bu postu silib. Sözügedən qalmaqallı səhv futbol aləmində çox danışılıb.

AZXEBER.COM

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90