Ukrayna Aİ-dən 500 milyon avro məbləğində ilk yardım tranşını alıb

image-bbf83d09-255c-499d-ad58-0ce9c91fcd65backend

Ukrayna Avropa İttifaqından (Aİ) 500 milyon avro məbləğində ilk makroiqtisadi yardım tranşını alıb, növbəti tranşın sabah həyata keçirilməsi planlaşdırılır.

Busaat.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

Hökumət başçısı bildirib ki, 1 milyard avro müharibənin maliyyə fəsadlarının aradan qaldırılması məqsədilə Ukraynaya ayrılmış 9 milyard avro məbləğində böyük dəstək paketinin bir hissəsidir. Bu vəsait büdcənin ilkin ehtiyaclarının maliyyələşdirilməsinə kömək edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki