
“Ukrayna haqlı mübarizəsində tək qoyuldu” - Ərdoğan
“Ukraynanın ərazi bütövlüyünə qarşı atılan addımları qəbul etmirik”.
Busaat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda çıxışı zamanı deyib.
“Ukrayna haqlı mübarizəsində tək qoyuldu. Evlərini tərk edən mülki şəxsləri, qorxu və narahatlıqdolu uşaqları, xaraba olan şəhərləri, ölən dinc şəxsləri gördükcə kədərimiz artır”, – deyə Ərdoğan söyləyib.























