Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft98.35 $▲5.09%
  • WTI neft90.67 $▲4.63%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.947 $▲0.51%
  • Qızıl4 124 $▼0.62%
  • Gümüş52.60 $▼0.94%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.25 ¢▼0.08%
  • Bitcoin76 208 $▼5.25%
  • Ethereum2 258 $▼6.76%
  • S&P 5007 417▼3.54%
15°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Gündəm

Ukrayna öz torpaqlarını geri alacaq - Zelenski

image-zelenski
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə apardıqlarını bəyan edib və Rusiyanın nəzarəti altında olan Ukrayna torpaqlarını geri alacaqlarını bildirib.

Busaat.az xəbər verir ki, Zelenski gecə saatlarında yayımladığı gündəlik videomüraciətində ölkəsində davam edən Rusiya-Ukrayna müharibəsinə toxunub.

Rusiya ordusunun Ukraynada davam edən müharibədə təşəbbüsü ələ keçirmək üçün yeni planlar hazırladığını iddia edən Zelenski, “Düşmənin potensialını azaltmaq üçün hər gün və hər gecə hərəkət edirik”, – deyə qeyd edib.

Tərəfdaş ölkələri Ukraynaya silah yardımını sürətləndirməyə çağıran Zelenski, “Bu gün İngiltərə yaxşı bir nümunə oldu. Yeni müdafiə yardım paketi açıqlanıb. Bizə tam olaraq nə lazımdır: Tanklar, digər zirehli texnikalar, artilleriya”, – deyə o bildirib.

Ölkəsinin ərazi bütövlüyünün bərpası üçün mübarizə apardıqlarını vurğulayan Zelenski deyib: “Mən əminəm ki, Ukrayna bayrağı Donetsk hava limanına, Donetskə və Donbasımızın digər şəhər və kəndlərinə və müvəqqəti işğal olunmuş digər ərazilərə qayıdacaq. Ukrayna özünə məxsus olanı geri alacaq”.

Zelenski çıxışında Rusiya ordusunun iki gün əvvəl Ukraynanın Dnepr şəhərində iqamətgaha raket hücumu təşkil etdiyini və hücum nəticəsində həyatını itirən mülki vətəndaşların sayının 40-a yüksəldiyini bildirib.

Hücumda ölənlər arasında 3 uşağın olduğunu qeyd edən Zelenski, 22 nəfərdən xəbər ala bilmədiklərini, dağıntılar altındakı axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Zelenski Rusiya ordusunu Ukraynada mülki şəxslərə qarşı hücumlarda ittiham edib.

Digər tərəfdən, Dneprdəki hücumla bağlı açıqlama verən Kremlin sözçüsü Dmitriy Peskov, “Rusiya ordusu yaşayış binalarına və sosial infrastruktur obyektlərinə hücum etmir”, deyə xəbəri inkar edib.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97383