Ukrayna Putini öldürmək üçün Rusiyaya partlayıcı yüklü PUA göndərib – KİV

image-puaabsbackend

14 aydır Rusiyanın işğalı altında olan Ukraynanın Rusiya prezidenti Vladimir Putini öldürmək üçün hərəkətə keçdiyi iddia edilib.

Busaat.az xəbər verir ki, Almaniyanın “Bild” qəzetinin Ukrayna mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Ukrayna Putinə sui-qəsd üçün ötən həftə Rusiyaya partlayıcı yüklü pilotsuz uçuş aparatı göndərib.

Plana görə, UJ-22 PUA-nın üzərinə Moskva yaxınlığındakı sənaye obyektinə baş çəkən Putini hədəf almaq tapşırılıb.

Bildirilib ki, Rusiya liderini Kamikadze PUA ilə öldürmək planı Ukrayna kəşfiyyatı tərəfindən mərhələli şəkildə planlaşdırılıb. Bununla belə, Ukraynanın gizli sui-qəsd planı PUA-nın Putinin baş çəkdiyi Rudnevo obyektinə çatmadan bir neçə kilometr əvvəl qəzaya uğraması ilə sona çatıb.

Ukrayna kəşfiyyatına yaxın fəal Yuri Romanenko deyib: “Keçən həftə kəşfiyyat bölmələrimiz Putinin obyektə baş çəkəcəyini öyrəndi və kamikadze PUA-mız havaya qalxdı. Biz getdikcə Putinə yaxınlaşırıq”.

Romanenko bildirib ki, partlayıcı yüklü PUA Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilmədən Putinə yaxınlaşa bilib.

2017-ci ildə məşhur rejissor Oliver Stouna verdiyi müsahibədə Putin bir çox sui-qəsd cəhdlərindən sağ çıxdığını və şəxsən öz təhlükəsizliyi ilə maraqlandığını bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90