“Ukrayna son 2 gündə ciddi uğurlar əldə edib” – ABŞ Müharibə Araşdırmalar İnstitutu

image-1467096_fso8z5q863backend

Ukrayna ordusu son 2 gün ərzində Xersonda ciddi uğurlar əldə edib.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmalar İnstitutu məlumat yayıb.

“Rusiyanın Qərb Hərbi Dairəsinin komandiri dəyişdirilib. Ukrayna qüvvələri son sutkada Xarkov-Luqansk vilayəti sərhədi yaxınlığında cddi uğurlar qazanıb. Ukrayna ordusu Xerson vilayətinin şimal-qərbində və şimal-şərqində irəliləməyə davam edir –deyə, bildirilib.

“Vladimir Putin səfərbərliyin düzgün yerinə yetirilməməsinə görə məsuliyyət daşıyan Rusiya bürokratlarına qarşı cəza tədbirləri tətbiq edir. O, səfərbərlik problemlərini həll etmək istəyir. Ümumiyyətlə, Rusiyadakı səfərbərlik sistemi ciddi börokratik problemlərdən və məhdudiyyətlərdən əziyyət çəkir. Bu Kremlin ordu sayını artırmaq səylərinə mane ola bilər” –deyə, institutdan qeyd olunub.

Müharibə Araşdırmalar İnstitunun məlumatına görə, qismən səfərbərlik Rusiya cəmiyyətində gərginliyin artmasına səbəb olur.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90