Ukraynadakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır – Braziliya prezidenti

image-1392409backend

BMT-nin sentyabrda keçiriləcək yüksək səviyyəli iclasından əvvəl Ukraynadakı vəziyyətlə bağlı BMT sammitinin keçirilməsini zəruridir.

Busaat.az xəbər verir ki, bu sözləri Braziliya prezidenti Luiz İnasiu Lula da Silva bildirib.

“Ukraynadakı müharibəni BMT-də müzakirə etmək lazımdır. Prezident olduğum bütün 5 ay ərzində heç kim məni bu müharibəni müzakirə etmək üçün BMT-nin iclasına dəvət etməyib. Biz Baş Assambleyanın adətən sentyabrda keçirilən iclasını başqa vaxta təyin edə bilərdik”, – Silva deyib.

Onun sözlərinə görə, həm Vladimir Putini, həm də Volodimir Zelenskini belə tədbirdə çıxış etməyə dəvət etmək lazımdır, bundan sonra müvafiq müzakirə aparılmalıdır. Silvanın fikrincə, Ukraynadakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır.

Qeyd edək ki, Braziliya prezidenti Rusiya və Ukrayna prezidentləri arasında birbaşa danışıqlarda vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90