Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.60 $▼1.75%
  • WTI neft86.91 $▼1.62%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.151 $▼0.22%
  • Qızıl3 866 $▼0.11%
  • Gümüş46.53 $▼1.67%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda588.25 ¢▲0.26%
  • Bitcoin64 449 $▼1.33%
  • Ethereum1 817 $▼0.97%
  • S&P 5007 477▼1.11%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Ülviyyə Alovlu axtarışa verildi

image-alovlu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Jurnalist Ülviyyə Alovlu axtarışa verilib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində çıxarılıb.

Qeyd edilib ki, dəfələrlə çağırış göndərilməsinə baxmayaraq, Ülviyyə Muradova cavabdeh olduğu məhkəmə iclaslarına gəlməyib. Buna görə bir müddət öncə onun barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb. Bununla belə onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Qeyd edilən situasiyanı nəzərə alaraq, məhkəmə Ü.Alovlunun barəsində axtarış qərarı çıxarıb. Qərarın icrası ilə bağlı bildiriş ərazi üzrə müvafiq polis orqanına göndərilib.

Qeyd edək ki, Ülviyyə Muradova Xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ü.Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109772