“Ümid edirəm, biz də “Qarabağ”dan üzr istəyəcəyik”

image-aberdinbackend

Şotlandiyanın “Aberdin” klubunun kapitanı Skott Braun Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Busaat.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “eveningexpress.co.uk” saytına açıqlamasında deyib:

“Azarkeşlər bizim 12-ci oyunçumuzdur və onlar bizi irəli aparırlar. Cümə axşamı stadionda böyük izdiham olacağına ümid edirəm. Son vaxtlar azarkeşlərimizin qarşısında oynaya bilməmişik. Bunun üçün darıxmışdıq.

Qrup mərhələsində çıxış etmək bizim üçün böyük uğurdur. Həm yaxşı pul mükafatları olur, həm də gənc futbolçuların burda mübarizə aparması əladır”.

Şotlandiyalı futbolçu Bakıda 0:1 hesabı ilə uduzmalarına baxmayaraq, mərhələni keçəcəklərinə ümid etdiklərini bildirib: “Bakıdakı oyunda meydança qorxunc idi, amma bu vəziyyətdə oynamağa məcbur idik. Meydança hər iki komandaya mane olurdu. Görüşdən sonra ot örtüyü ilə bağlı üzr istədilər. Ümid edirəm ki, cavab matçından sonra növbəti mərhələyə vəsiqə qazandığımız üçün onlardan üzr istəyəcəyik”.

Qeyd edək ki, “Aberdin” – “Qarabağ” matçı avqustun 26-da keçiriləcək.

Qol.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90