Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft96.80 $▼1.49%
  • WTI neft89.93 $▼1.30%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)3.028 $▲0.17%
  • Qızıl4 127 $▼0.01%
  • Gümüş52.73 $▼0.65%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda589.00 ¢▼0.42%
  • Bitcoin74 243 $▼0.65%
  • Ethereum2 118 $▼0.31%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Sağlamlıq

Uşaqlar arasında kütləvi virusun yayılmasının səbəbi AÇIQLANDI

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Son zamanlar uşaqlar arasında yayılan xəstəliklər içərisində rotavirus infeksiyası üstünlük təşkil edir”.

Bunu açıqlamasında Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən 2 saylı Uşaq Klinik Xəstəxanasının infeksionisti Aynur Musayeva deyib.

Onun sözlərinə görə, həmin infeksiya daha çox mövsümi xarakterlidir: “Yəni soyuq aylarda, xüsusilə də qapalı məkanlarda infeksiyanın yayılmasına münbit şərait yaranır. Rotavirus infeksiyasının 5 yaşlı uşaqlar arasında rast gəlmə tezliyi yüksəkdir. Eyni zamanda 70-80 % hallarda erkən yaşlı uşaqlar da bu virusa yoluxur. Çünki həmin yaş qrupunda olan uşaqlarda anotomik, marfoloji və funksional cəhətləri yetkin deyil. Yoluxmanın ilkin əlamətləri qusma, ishal, yüksək hərarət və halsızlıqla başlayır. Ağır formada isə eksikoz baş verir”.

İnfeksionist valideynlərə müraciət edib: “Xəstəlik qəflətən başlayır. Vaxtında həkimə müraciət etməklə bunun qarşısını almaq mümkündür. Tövsiyə edərdim ki, xəstəliyin əlamətləri müşahidə edilən kimi ərazi üzrə həkimə müraciət etsinlər. Bütün hallarda sanitar gigiyenik qaydlara əməl edilməsi mütləqdir”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi son bir ayda uşaqlar arasında xəstələnmə hallarının epidemiya şəklində olduğunu açıqlamışdı./”Report”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=74944