“Vaşinqton Azərbaycanın təhlükəsizliyinə təminat verməlidir” – AKTUAL

image-amerikabackend

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayen Ermənistana səfəri çərçivəsində Zəngəzur dəhlizindən də söz açıb. Obrayen ABŞ-nin Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanları genişləndirərək, regiona davamlı sülh gətirmək üçün səyləri təşviq etdiyini diqqətə çatdırıb: “Ermənistanla Azərbaycan arasında davamlı sülh yaranarsa, bu imkanlar daha da genişlənəcək. Bu baxımdan, səylərə töhfə verməkdən məmnunuq”. 

Erməni mətbuatı Obrayenin qeyd etdiyi “Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanlar” açıqlaması ilə Orta Dəhlizi nəzərdə tutduğunu yazıb. Bildirilib ki, söhbət Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana keçən yoldan gedir.

AMİP Siyasi Şurasının üzvü Əli Oruclu Busaat.az-a açıqlamasında deyib ki, Obrayenin Ermənistana səfəri və verdiyi bəyanatlar Ağ Evin yürütdüyü Cənubi Qafqaz siyasətinə bir qədər də aydınlıq gətirmiş oldu.

Ekspertin sözlərinə görə, regionun strategi və geopolitik əhəmiyyətini yüksək qiymətləndirən Amerika Birləşmiş Statları bölgəyə rəqibsiz nəzarətetmə niyyətini açıq şəkildə bəyan etdi:

“Tam açılmayan məqam ondan ibarətdir ki, Azərbaycan və Türkiyə olmadan regionda geopotik və siyasi mənzərə necə şəkilləndiriləcək. Məsələ ondadır ki, ABŞ-nin Ankaraya və Bakıya heç də müttəfiqlik ruhuna xas olmayan münasibəti var. Əgər Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanlar açılmasını və bunun Çindən, Rusiyadan yan keçməsinin xüsusi vurğulanırsa, o zaman Vaşinqton bu imkanlarda açar rolu oynayan Azərbaycana xüsusi önəm verməli, təhlükəsizliyinə təminat verməlidir.

Qərbin ayırıcı və tədricetmə siyasətinin rəsmi Bakının Qərbdən uzaqlaşmasına səbəb olduğu diqqətə alınmalıdır. Cənubda İran, şimalda Rusiyanın Azərbaycana qarşı bu mühüm strateji nəqliyyat xəttinin təhlükəsiz reallaşmasına göstərdikləri davamlı təzyiqlərin neytrallaşmasına çalışılmalıdır.

Aydın məsələdir ki, kommunikasiya və nəqliyyat yollarını açmadan Ermənistan-Azərbaycan, Ermənisat-Türkiyə münasibətlərinin normallaşması, həmçinin sülh sazişinin imzalanması mümkün deyil. İlk növbədə Zəhgəzur dəhliznin açılması mütləq gercəkləşdirilməlidir ki, Qərb-Şərq nəqliyyat xətti və Qərbin enerji, kommunikasiya və nəqliyyat şaxələndirlməsinə nail olunsun. Bu həm də Qərbi Rusiyanın asılılığından xilas edərdi”.

Həmsöhbətimiz vurğulayıb ki, Zəngəzur dəhlizu uğrunda rəqabət böyükdür:

“ABŞ, İran, Rusiya, Çin, ayrılıqda AB həmin dəhlizə nəzarət uğrunda əsl mübarizəyə çıxıblar. İranın xarici işlər nazirinin vəzifəsini icra edən Kaninin “sərhədlərin və demoqarafiq dəyişdirilmə” ilə  mücərrəd hədələyici tonda verdiyi bəyanat İranın bu xüsusda yenidən fəallaşmasına bir işarə idi.

Moskvadan və Tehrandan fərqli olaraq Vaşinqton Zəngəzur dəhlizinin atezliklə açılmasının tərəfdarıdır. Lakin Rusiya ilə uzlaşmadan bu dəhlizin açılması heç də asan olmadığından, proses dalana dirənib. Fikrimcə, dəhlizin açılması çox da uzun çəkməz. Həm də ona görə ki, Birləşmiş Ştatlar buna israrlıdır və Rusiya Ukraynada çox məşğuldur.

Zəngəzur dəhlizi Mərkəzi Asiyadan Aralıq dənizinədək böyük bir coğrafiyanın istisadi, sənaye və ticari inkişifına sürətli təkan verəcək. Bu, həm də Qərbin Mərkəzi Asiya ilə siyasi cəhətdən inteqrasiyasına gətirib çıxaracaq.

Hesab edirəm ki, Zəngəzur dəhlizi artıq regional mövzu deyil, qlobal mahiyyət aldığından Azərbaycanın da əhəmiyyəti yüksəlib. Təsadüfi deyil ki, Qərb-Rusiya arasında kəskin rəqabətin mərkəzində məhz Bakı dayanır. Ermənistandan isə vasitə kimi istifadə olunur”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki