Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.45 $▼0.35%
  • WTI neft101.66 $▲0.32%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.030 $▼1.11%
  • Qızıl4 072 $▲0.39%
  • Gümüş53.90 $▼0.39%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.75 ¢▼1.92%
  • Bitcoin79 865 $▼1.70%
  • Ethereum2 301 $▼2.39%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

Venesueladan İsveçrəyə 113 ton qızıl daşındığı üzə çıxdı

image-qizil
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Venesuelada iqtisadi böhranın dərinləşdiyi illərlə bağlı diqqətçəkən yeni faktlar üzə çıxıb.

Busaat.az xəbər verir ki, rəsmi qeydlərə görə, hazırda ABŞ-də mühakimə olunan Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətinin ilk dövründə – 2013-2016-cı illər arasında ölkənin qızıl ehtiyatlarından ümumilikdə 113 ton qızıl İsveçrəyə köçürülüb.

Venesuela Mərkəzi Bankına məxsus olan bu qızılın dəyərinin təxminən 4,14 milyard İsveçrə frankı, yəni 5,2 milyard ABŞ dolları olduğu bildirilir. Qızılın ölkədən çıxarılması Venesuelada iqtisadi vəziyyətin sürətlə pisləşdiyi dövrə təsadüf edib.

“Reuters”inin əldə etdiyi gömrük məlumatları və İsveçrənin SRF yayım təşkilatının araşdırmasına əsasən, sözügedən qızıl göndərişləri Maduro administrasiyasının artan maliyyə təzyiqləri fonunda ehtiyatları nağd pula çevirməyə çalışdığını göstərir. Bildirilir ki, xüsusilə ABŞ sanksiyaları və neft gəlirlərinin kəskin azalmasından sonra Venesuela Mərkəzi Bankı ciddi valyuta çatışmazlığı ilə üzləşib.

Bu çərçivədə qızılın emal edilməsi, sertifikatlaşdırılması və daha asan satışa çıxarılması məqsədilə İsveçrədəki qızıl emalı zavodlarına göndərildiyi qeyd olunur.

Dünyanın ən böyük qızıl emalı mərkəzlərindən biri olan İsveçrə həmin illərdə Venesuela qızılı üçün əsas tranzit və emal marşrutuna çevrilib. Lakin bu yol 2017-ci ildə Avropa Birliyinin Venesuelaya qarşı sanksiyalar tətbiq etməsindən sonra tamamilə bağlanıb. Gömrük qeydlərinə əsasən, 2017-2025-ci illər arasında İsveçrəyə Venesueladan heç bir qızıl göndərişi qeydə alınmayıb.

Qeyd edək ki, qızıl göndərişləri ilə bağlı məlumatlar Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasından sonra yenidən gündəmə gəlib. İsveçrə Federal Şurası yanvarın 5-də Maduroya və onun 36 yaxın adamına məxsus aktivlərin dondurulduğunu açıqlayıb. Bununla belə, İsveçrə rəsmiləri dondurulan aktivlərlə illər əvvəl ölkəyə gətirilən qızıl arasında birbaşa əlaqənin hələ sübuta yetirilmədiyini bildiriblər.

Eyni zamanda, vurğulanıb ki, qanunsuz yolla əldə edildiyi müəyyən olunan vəsaitlərin gələcəkdə Venesuela xalqına qaytarılması mümkündür.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178808