Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.01 $▲5.79%
  • WTI neft91.06 $▲5.08%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.943 $▲0.38%
  • Qızıl4 102 $▼1.14%
  • Gümüş51.96 $▼2.14%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda601.25 ¢▲0.25%
  • Bitcoin76 123 $▲0.32%
  • Ethereum2 239 $▲0.25%
  • S&P 5007 354▼4.36%
10°Bakı
  • USD1.7000
  • EUR1.9023
  • 100 RUB2.0943
  • GBP2.2794
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6552
  • 100 KZT0.3751
  • UAH0.0372
  • 100 JPY1.0767
  • CHF2.0776
  • USD1.7000
  • EUR1.9023
  • 100 RUB2.0943
  • GBP2.2794
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6552
  • 100 KZT0.3751
  • UAH0.0372
  • 100 JPY1.0767
  • CHF2.0776
Gündəm

Vətəndaşların nəzərinə: Qadağa qüvvəyə minir – Bu tarixdən...

image-qanun_1742732834-full
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Son illər həm erkən nikahlar, həm də qohum eviliklərinin sayı çoxalır”.

Bunu Globalinfo.az-a sosioloq Lalə Mehralı deyib.

O, qohum nikahları üçün təyin olunan qadağa müddətinin yaxınlaşdığını xatırladıb:

“Bir neçə aydan sonra qanuna görə, qohumlar arasında nikah mümkün olmayacaq. İnsanlar o vaxta qədər elə canfəşanlıq göstərirlər ki, sanki dövlət faydalı işi qadağan edir. Anlamırlar ki, bu, genefondumuz naminə atılan addımdır”.

Sosioloqun fikrincə, qanun çoxdan qüvvəyə minməli idi:

“Yaxşı olardı ki, elə müzakirələr gedən zamandan qanun qüvvəyə minərdi. İnsanlara 1 il müddət verilməzdi. Bilirsiniz, nə qədər qohumlar arasında nikah bağlandı? İndi çoxlu sayda qohum evliliyindən uşaqlar dünyaya gələcək. Hələ qanun qüvvəyə minənə qədər proses davam edəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev 23 iyul 2024 Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=160859