Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.56 $▼0.25%
  • WTI neft101.94 $▲0.59%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.021 $▼1.40%
  • Qızıl4 059 $▲0.06%
  • Gümüş53.94 $▼0.32%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda600.50 ¢▼1.80%
  • Bitcoin80 903 $▼0.42%
  • Ethereum2 346 $▼0.46%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib

image-yym9ze9k5hskq9c7zt5ss5exervltzutsgkbxqkq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Veysəloğlu MMC Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsi çərçivəsində növbəti tədbirini təşkil edib.

Qeyd edək ki, layihənin məqsədi mütəxəssis səviyyəsində çalışan və gələcək liderlik potensialına malik əməkdaşları müəyyənləşdirmək, dəyərləndirmək və onların inkişafını təmin etməkdir. Layihə çərçivəsində İdarə Heyəti üzvlərinin iştirakı ilə mentorluq görüşləri keçirilir, əməkdaşların fərdi inkişaf yol xəritəsi hazırlanır.

Layihə çərçivəsində keçirilən növbəti tədbir Veysəloğlu Şirkətlər Qrupunun Mərkəz ofisində baş tutub. Veysəloğlu Distribusiyanın təşkilatçılığı ilə keçirilən görüşdə “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” mövzusu ətrafında müzakirələr aparılıb. Tədbirin əsas məqsədi liderlik potensialına malik əməkdaşların inkişafına yönəlmiş strateji yanaşmanı təqdim etmək, gələcək liderlərin formalaşdırılmasına dəstək olmaq və davamlı liderlik ekosisteminin qurulması istiqamətində görülən işləri iştirakçıların nəzərinə çatdırmaq olub.

Tədbirdə Veysəloğlu MMC-nin Baş direktoru Bəxtiyar Allahverdi, “Veysəloğlunun Böyümə Strategiyası” mövzusunda çıxış edərək şirkətin uzunmüddətli inkişaf hədəfləri, insan kapitalına verilən önəm və liderlik mədəniyyətinin təşkilati uğurdakı rolu barədə ətraflı məlumat verib.

Daha sonra keçirilən panel müzakirəsində İdarə Heyəti üzvləri iştirak edib, gələcəyin liderlik ekosisteminin qurulması ilə bağlı sualları cavablandırıb, öz təcrübə və baxışlarını bölüşüblər. Panel zamanı liderlik bacarıqlarının inkişafı, potensialın düzgün dəyərləndirilməsi, innovativ yanaşmalar və davamlı inkişaf mövzularına xüsusi diqqət yetirilib.

Tədbirdə ümumilikdə 80 nəfər əməkdaş iştirak edib. Görüş interaktiv müzakirələr və fəal iştirakla yadda qalıb, iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178916