Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.70 $▲0.78%
  • WTI neft102.33 $▲0.98%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.052 $▼0.39%
  • Qızıl4 058 $▲0.03%
  • Gümüş53.70 $▼0.77%
  • Pambıq78.50 ¢▲0.59%
  • Buğda601.00 ¢▼1.72%
  • Bitcoin80 592 $▼0.26%
  • Ethereum2 335 $▼0.52%
  • S&P 5007 735▲0.16%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

Vəzifəsini itirmiş Vüqar Qurbanovla bağlı ŞOK İTTİHAM:İçirmiş?

image-tebibvuqar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Vəzifəsini yenicə itirmiş TƏBİB-in keçmiş icraçı direktoru Vüqar Qurbanovun yaxın dostu kimi tanınan İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Şahin Qurbanov keçmiş rəhbəri haqqında sərt fikirlər səsləndirib.

Busaat.az xəbər verir ki, Citypost.az-ın əməkdaşı ilə telefon söhbəti zamanı Ş.Qurbanov sabiq rəhbəri barədə çox sərt və konkret mövqe bildirib: “Vüqar Qurbanovla mənim nə dostluğum? O, zaqatalalı, mən cəbrayıllı”. O, içki aludəçisidir. Üzr istəyirəm, “pyanıska”nın biridir. Elə onun da badına getdi. Mən onunla bu günədək oturub bir stəkan çay da içməmişəm. Onun özünü “kruqu” var. Nə var, nə yox gedin, onlardan soruşun. Sadəcə O, mənim rəhbərim olub. Siz mənə nə üçün zəng etmisiniz? Digər suallarla bağlı TƏBİB-ə, Zamirə xanıma müraciət edin. Mən 5 dəqiqəliyə tələsirəm, vaxtım azdır”… deyə Ş.Quliyev telefonu söndürüb.

Fotoda: Şahin Qurbanov

Sayt yazır ki, Şahin Qurbanov axşamlar tez-tez Bakıya gəlib Vüqar Qurbanovun bahalı restoranlarda qurduğu kef, içki məclislərində iştirakçı olmağı özünə şərəf bilirmiş. Sabiq TƏBİB rəhbəri vəzifəsini itirəndən bir gün ötmüş yaxın dostu onun içki aludəçisi adlandırıb.

Xatırladaq ki, V.Qurbanovun əmri ilə Ş.Quliyev tramplin kimi İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi vəzifəsinə təyin edilmişdir. Onun gələcəkdə Vüqar Qurbanov tərəfindən daha yüksək vəzifəyə gətiriləcəyi planlaşdırılırdı.

TƏBİB-in İcraçı Direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov yerli mətbuata müsahibəsi zamanı TƏBİB-də köklü kadr dəyişiklikləri olacağını istisna etməyib. Hazırki vəzifəsini qorumaq naminə Vüqar Qurbanovu içki aludəçisi adlandıran yaxın dostu İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Şahin Qurbanov da vəzifəsini itirəcəyi gözlənilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180591