Vinisius Junior Kilian Mbappenin “Real Madrid”ə keçməsinə qarşıdır

image-kilian-mbappebackend

“Real Madrid”in hücumçusu Vinisius Junior “PSJ”-li həmkarı Kilian Mbappeni komandada görmək istəmir.

Busaat.az xəbər verir ki, bu barədə Todofichajes məlumat yayıb.

Mənbənin sözlərinə görə, Vinisius hesab edir ki, Mbappe onun Los Blankosda əsas ulduz olmasına mane ola bilər. Bu transfer, braziliyalıya görə, onun gələcəkdə Qızıl top qazanmaq şansını azaldacaq. Qeyd olunur ki, Vinisius fransalı ilə bağlı razılıq əldə olunarsa, “Real Madrid”dən ayrılmağı düşünməyə belə hazırdır.

“PSJ”nin prezidenti Nasser Al-Xelaifi bundan əvvəl Kilian Mbappenin növbəti mövsümdə Paris klubunda qalacağını bildirmişdi.

Kilian Mbappe 2018-ci ildən “PSJ”də çıxış edir. Fransız forvardın klubla müqaviləsi 2024-cü ilə qədərdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90