“Vosmoy bazarı”nın yaxınlığında YANĞIN: Yolda sıxlıq yarandı – FOTO – YENİLƏNİB

image-90backend
Bakı şəhəri, Nizami rayonunda ticarət mərkəzində baş verən yanğın məhdulaşdırılıb.

Bu barədə Busaat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətin əməkdaşlarının çevikliyi nəticəsində yanğın məhdudlaşıdırılıb, genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb:

“Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür”-deyə qeyd olunub.

***

14:54

Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazarı”ının yaxınlığındakı ticarət mərkəzlərindən birində yanğın baş verib.

Busaat.az-ın məlumatına görə, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb.

Qeyd edilib ki, avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki