World Population Review: Hindistan 2023-cü ildə əhalinin sayına görə Çini keçə bilər

image-spectators-at-border-closing-ceremony-between-pakistan-and-india-wagha-borderbackend

Hindistan çox güman ki, bu ilin əvvəlində əhalinin sayına görə Çini keçəcək.

Busaat.az xəbər verir ki, bu barədə World Population Review statistik təşkilatının apardığı araşdırmada bildirilib.

Hazırda Hindistanın 1.422.706.266, Çinin isə 1.425.831.275 əhalisi olduğu qeyd edilib.

Araşdırmaya görə, əhalinin artımı baxımından Hindistan dünyanın ən çox əhalisi olan ölkəsi kimi Çini keçəcək. Söhbət konkret olaraq 2023-cü ildən gedir.

Çin və Hindistan üçün əhalinin statistikası müvafiq olaraq mənfi 0,1%-dən mənfi 0,3%-ə və üstəgəl 0,69%-dən üstəgəl 0,92%-ə qədər proqnozlaşdırılan “illik artım tempinə” əsaslanır.

Bundan əlavə, Hindistan əhalisinin 2050-ci ilə qədər davamlı olaraq artacağı proqnozlaşdırılıb. Nəticədə, Cənubi Asiya respublikasında 27 il ərzində əhalinin sayı 1.670.490.000 nəfər ola bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki