Azərbaycanın təhsil ocaqları da uzun illər ermənilərin işğalından əziyyət çəkib. Onlardan biri də Qarabağda yeganə ali məktəb olan Xankəndi Dövlət Pedaqoji İnstitutu olub. Ermənilər Qarabağda özlərinə yer etikdən sonra azərbaycanlıları bu təhsil ocağından kənarlaşdırmışdılar. İnstitutun adı isə saxtalaşdırılaraq dəyişdirilmişdi. Artıq Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi İnstitutun fəaliyyətinin bərpasını gündəmə gətirir.
Bəs Xankəndi Dövlət Pedaqoji İnstitutu fəaliyyətini bərpa edə bilərmi?
Busaat.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sualına cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər ki, mövzu hazırda müzakirə mərhələsindədir.
“Müzakirənin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, – deyə nazirlikdən bildirilib.