“Azərbaycanın işğaldan azad olunan ərazilərində həm şagird sayı həm də təhsil müəssisələrinin sayı artır”.
Busaat.az xəbər verir ki, bunu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə 20 ümumtəhsil və müəssisəsi fəaliyyət göstərir.
Nazir qeyd edib ki, həmin ərazilərdə 2300 şagird və 200-ə yaxın azyaşlı baxçaya gedir:
“Növbəti illərdə bu say daha da artacaq. İnanıram ki, 2026-cı ilə qədər bir çox yeni təhsil müəssisələri fəaliyyəti göstərəcək”.
Emin Əmrullayev vurğulayıb ki, Xankəndidə olan 4 nömrəli məktəb tam dolub və 2-ci məktəbin açılması planlaşdırılır.