Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.85 $▲6.69%
  • WTI neft91.58 $▲5.68%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)3.003 $▲2.42%
  • Qızıl4 073 $▼1.85%
  • Gümüş51.94 $▼2.18%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda597.25 ¢▼0.42%
  • Bitcoin76 079 $▲0.26%
  • Ethereum2 239 $▲0.27%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Cəmiyyət

XƏBƏRDARLIQ – Bu saatlarda evdən çölə çıxmayın!

image-2024-06-14-10-20-37dmozryy20xm2judjrhim_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yazın gəlişi insanları təbiət qoynunda daha çox vaxt keçirməyə sövq edir. Amma bəzi insanlar yaz aylarında təbiət qoynunda olarkən müxtəlif allergik xəstəliklərə yoluxurlar. Bu xəstəliklər mövsümü xarakter daşısa da, insanların həyatını cəhənnəmə çevirə bilir.

Busaat.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan allerqoloq Aysel Mehdiyeva yaz allergiyasına qarşı ən effektiv tədbirlərdən birinin səhər saatlarında (05:00–10:00) açıq havada az olmaq olduğunu buldirib.
“Çünki bu saatlarda havada polen çox olur. Gün eynəyi və maska taxmaq allergiyadan qorunmağa kömək edir. Evə gələn kimi üzünüzü yuyun, mümkün olsa, duş alın. Çöldə geyindiyiniz paltarları evdə dəyişin. Evdə pəncərələri xüsusilə küləkli günlərdə bağlı saxlayın. Kondisioner varsa, filtrini tez-tez təmizləyin. Həftədə 2–3 dəfə evdə nəm təmizlik edin.

Toz yığan xalça və ağır pərdələri minimuma endirin, hava təmizləyicidən çox faydalanın. Duzlu su ilə burun yuma (aptekdə “sea water spray”) çox effektivdir. Allergiya damcıları (məsələn, antihistamin göz damcıları) lazım olduqda istifadə edilir”.

Qida faktoru

Allerqoloq hesab edir ki, bəzi qidalar allergiyanı artıra bilir:

“Əgər ağac tozuna allergiya varsa, o zaman alma, armud, fındıq qəbulu bəzən reaksiya verə bilər. Bununla belə antioksidantlarla zəngin qidalar – nar, sitrus meyvələri, yaşıl tərəvəzlər çox faydalıdır. Bununla paralel, allergiya güclüdürsə, həkim məsləhəti ilə antihistamin tabletlər, burun spreyləri (kortikosteroidlər) ən yaxşı vasitədir. Bu müalicəyə mövsüm başlamazdan 1–2 həftə əvvəl başlamaq daha yaxşı üsüldur”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=182118