XƏBƏRDARLIQ: Hər şey başa döndü, kabus yenidən başlayır!

XƏBƏRDARLIQ: Hər şey başa döndü, kabus yenidən başlayır!backend

Gələn son dəqiqə xəbərlərinə görə; koronavirus (covid-19) epidemiyasında ikinci dalğa təsirini artırmağa başlayıb. Xüsusilə Avropa ölkələrində narahatlıq zirvəyə qalxıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyada, xüsusilə ölkənin şərqindəki Katalonya və Araqon muxtar bölgələrində koronavirus (Covid-19) epidemiyasında artan yeni hadisələr, Avropanın digər ölkələrində narahatlıq yaratmağa başlayıb.
Fransadan sonra Belçika da vətəndaşlarına Katalonyaya getməmələrini tövsiyə edib.

Ayrıca bu iki şəhərdən Belçikaya gələnlərin də tədbir məqsədiylə 14 gün karantində saxlanacağı qeyd edilir.

Katalonya muxtar rəhbərliyi, son 24 saatda bölgəsində Kovid-19-dan 1493 yeni hadisə təsbit edildiyini açıqlayıb. Katalonyada mövcud vəziyyətdə 71-i reanimasiyada olmaqla Covid-19 diaqnozu qoyulan 300-dən çox insanın müalicəsinə xəstəxanada davam edildiyi məlumatı paylaşılıb.

İspaniyada bu gün təxminən 300 yerdə aktiv vəziyyətdə Kovid-19 hadisələri aşkarlanıb, Araqon, Katalonya, Madrid, Navarra, Bask bölgələrində epidemiyanın artım sürəti diqqət çəkir.

İspaniya Səhiyyə Nazirliyinin cümə günü açıqladığı son məlumatlara görə, Covid-19-dan indiyə qədər ölkə daxilində 28 min 432 nəfər həyatını itirib.

Portuqaliyada isə bəzi alim, elm mərkəzləri və şirkətlərin birgə əməkdaşlığı ilə icra edilən işlərdə, yeni tip koronavirusu (Covid-19) təsirsizləşdirdiyi qarşıya qoyulan ilk maskanın hazırlandığı bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90