Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.54 $▼1.82%
  • WTI neft86.89 $▼1.64%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.141 $▼0.54%
  • Qızıl3 889 $▲0.49%
  • Gümüş47.23 $▼0.20%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda587.50 ¢▲0.13%
  • Bitcoin64 813 $▼0.77%
  • Ethereum1 824 $▼0.57%
  • S&P 5007 474▼1.15%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Sağlamlıq

Xəbərdarlıq: Koronavirus və ya qripin araqla müalicəsi zəhərdən istifadə etmək kimidir

image-1015542
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Soyuqdəymə zamanı, yaxud qripə, koronavirusa yoluxduqda spirtli içki qəbul etmək təhlükəli ola bilər və qəti qadağandır.

Busaat.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Moskva Səhiyyə Departamentinin baş narkoloqu Yevgeni Bryun xəbərdarlıq edib.

“Birincisi, xəstəlik səbəbindən ürəyə yük düşür, ona görə də spirtli içkilərlə vəziyyəti ağırlaşdırmamalısınız. İkincisi, hər hansı virus xəstəlikləri, o cümlədən COVID-19 intoksikasiyadır və alkoqol intoksikasiyasını da əlavə etsəniz, onda orqanizmin bütün biokimyəvi quruluş mənzərəsi pozulur. Üçüncü, heç bir dərman alkoqol ilə uyğun gəlmir, çünki ilk növbədə, spirt orqanizmə toksik təsir göstərir və buna görə də immunitet sistemi zəifləyir”, – deyə Bryun izah edib.

O vurğulayıb ki, araqla müalicə olunmaq zəhərlə müalicə olunmağa bənzəyir, çünki orqanizm zəifləyəcək və viruslara daha da həssas olacaq.

Həkim yüksək temperaturda bədəni araqla ovuşdurmaq haqqında məşhur mifi də təkzib etdi.

“Heç bir halda. Niyə? Bütün ekspertlər bütün bu sürtmələrə qarşıdırlar, bunun heç bir sübut edilmiş effektivliyi yoxdur və heç bir yerdə təsdiqini tapmayıb. Spirt çox tez buxarlanır, ona görə də alkoqolun heç bir təsiri olmayacaq”, – deyə Bryun əlavə edib.

 

Narkoloq başqa xalq üsulundan – boğazı ilıq pivə ilə müalicə etməkdən də danışaraq buna qarşı olduğunu bildirib.

“Boğaz ağrısını aradan qaldırmaq üçün istənilən ilıq içki kömək edir və ballı ilıq süd ilə, ilıq pivə arasında effekt baxımından o qədər də fərq yoxdur, çünki bu içkilər ilıqdır. Amma pivədə spirt var ki, artıq qeyd edildiyi kimi, immuniteti azaldır və s. Eyni şey cövhər üçün də keçərlidir: Sadaladığım səbəblərdən itirilən mayeni zəncəfil çayı ilə doldurmaq ilıq pivədən daha yaxşıdır”, – deyə Bryun bildirib.

O, həmçinin qeyd etdi ki, kəskin respirator virus infeksiyalarının ilk əlamətlərində evdə ilk yardım dəsti ilə simptomatik müalicəyə başlamaq olar: 38 dərəcədən yuxarı temperaturda qızdırmasalan dərmanlar, burun axması və burun tıxanıqlığında dəniz duzu məhlul ilə yuyun və burun damcıları damcıladın, öskürək və boğaz ağrısı üçün – qarqaralardan, yerli antiseptiklərdən istifadə edin və həmçinin antiviral dərmanlar içmək olar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=69859