“Hazırda xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayı azdır. Bu da reanimasiyada yatan xəstələrin sayına da təsir edir”.
Xəstəxanada neçə koronavirus xəstəsi müalicə olunur? – TƏBİB rəhbəri açıqladı
Busaat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, aktiv koronaviruslu xəstələrdən 50 nəfərinin müalicəsi hazırda xəstəxana şəraitində davam edir: “Onların vəziyyəti stabilləşməyə doğru gedir və qısa müddətdə onlar evə buraxılacaqlar”.