
Xeyrəddin Qoca “Şöhrət” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Xeyrəddin Qocayevin (Xeyrəddin Qocanın) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Busaat.az AZƏRTAC-a istinadla xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ədəbi və ictimai həyatında fəal iştirakına görə Xeyrəddin Sayəddin oğlu Qocayev (Xeyrəddin Qoca) “Şöhrət” ordeni ilə təltif edilsin.





















