Yapon milyarder Aya getmək üçün 8 yoldaş axtarır

image-888backend

Yaponiyalı milyarder, “Zozotown” geyim şirkətinin təsisçisi Yusaku Maedzava Ay ətrafında səyahət üçün 8 nəfərdən ibarət komanda toplayır.

İnsanların Ay ətrafında uçuşunun 2023-cü ildə “SpaceX” tərəfindən həyata keçirilməsi planlaşdırılır.

“Starship” kosmik gəmisi ilə 10-12 nəfərin uçuşu nəzərdə tutulub.

Uçuş 6 gün davam edəcək.

BBC-nin xəbərinə görə yapon milyarder layihə çərçivəsində SpaceX kompaniyasına nə qədər pul ödədiyini açıqlamayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90