Yaponiya Baş naziri xalqdan üzr istədi

image-yaponiyabackend

Yaponiya Baş naziri Yoşihide Suga koronavirus səbəbindən ölkədə fövqəladə vəziyyətin uzadılmasına görə xalqdan üzr istəyib.

Busaat.az  xəbər verir ki, Suga parlament iclasında çıxışı zamanı müxalifət partiyalarının fövqəladə vəziyyətin 31 may tarixinə qədər uzadılması ilə bağlı tənqidlərinin mənasız olduğunu bildirib.

Bölgədəki ağır vəziyyətin hələ də davam etdiyini deyən Baş nazir epidemiyaya nəzarət edilməməsinə görə xalqdan üzr istəyib.

Qeyd edək ki, ölkənin 4 əsas əyaləti olan Tokio, Osaka, Kyoto və Hioqoda fövqəladə vəziyyət daha 20 gün uzadılaraq mayın 31-dək qüvvədə qalacaq.

Fövqəladə vəziyyət mayın 11-dən etibarən Ayti və Fukuoka əyalətlərinə də şamil ediləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90