Yaponiya və Almaniya nazirləri arasında görüş planlaşdırılır

image-japan_germany_230321backend

Yaponiya və Almaniyanın xarici işlər və müdafiə nazirləri danışıqlar aparmağı planlaşdırırlar.

Busaat.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, Yaponiya və Almaniya xarici işlər və müdafiə nazirləri noyabrın əvvəlində danışıqlar aparmağı planlaşdırırlar.

Xəbərdə qeyd edilib ki, danışıqlar G7 xarici işlər nazirlərinin noyabrın 3-4-də Almaniyada toplanacağı zaman baş tuta bilər. Yaponiyanın müdafiə naziri Almaniyanın xarici işlər və müdafiə nazirləri ilə videobağlantı vasitəsilə danışıqlara qoşulmağa hazırlaşır. Danışıqlarda Ukrayna və Çindəki vəziyyətin müzakirə olunacağı gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90