Bu günə qədər “YAŞAT” Fondunun hesabına 36 995 025.18 manat vəsait mədaxil olub.
Busaat.az xəbər verir ki, bu barədə “YAŞAT” marafonunda açıqlanan hesabatda bildirilib.
Ölkə ərazisində 2881 şəhidin ailə üzvləri, habelə 3042 yaralı olmaqla ümumilikdə 14 517 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 6 641 şəxsin müraciəti icra üçün öhdəliyə götürülüb.
Fondun fəaliyyətləri istiqaməti üzrə 22 005 498,92 manat məbləğində vəsait xərclənib.
3381 şəhid ailəsi üzvü və yaralının məişət şəraitinin yaxşılaşdırılması üçün 15 318 784.50 manat sərf olunub. Təhsillə bağlı isə 26 755.54 manat xərclənib. Bu, 37 şəhid ailəsi üzvü və yaralıya şamil olunub.
972 şəhid ailəsi üzvü və yaralının istehlak kreditləri üçün isə 3 222 781.088 AZN xərclənib. 1175 şəhid ailəsi üzvü və yaralıya tibbi xidmətlər üçün xərclənilən vəsait isə 3 437 177.78 AZN-dir.