“Yaşayış minimunun dəyəri uşaqlar üzrə bir məbləğlə hesablanması düzgün deyil” – Qubad İbadoğlu

“Yaşayış minimunun dəyəri uşaqlar üzrə bir məbləğlə hesablanması düzgün deyil” – Qubad İbadoğlubackend

“Yaşayış minimumunun dəyərində internet xərci ailə üçün gündə 1 saat hesablanır”.

Busaat.az xəbər verir ki, bunu 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə 196 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyənləşdirilməsini dəyərləndirən iqtisadçı Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, xərclərin normativləri hər il yenilənməli olsa da, 2015-ci ildən indiyə qədər normativlərdə heç bir dəyişiklik edilmir:

“O vaxt müəyyən olunub ki, 1 ailə üçün internet xidmətlərindən istifadə haqqı gündə 1 saat götürülməklə müəyyənləşdirilir. Pandemiya dövründə onlayn dərs və iş rejiminin tətbiq olunmasına baxmayaraq, bu və gələn il üçün də yaşayış minimumunun dəyərinin hesablanması zamanı normativ olaraq ailə üçün gündə 1 saat internet xərci hesablanıb. Eyni zamanda 0-15 yaşlı uşaq üçün yaşayış minimunun dəyəri 175 manat təşkil edir. Halbuki 0-5, 6-10, 11-15 yaş qrupları üzrə uşaqların ehtiyacları eyni deyil. Odur ki, uşaqlar üçün də bütün yaş qrupları üzrə bir məbləğin hesablanması düzgün deyil.

Bu baxımdan Nazirlər Kabineti minimum istehlak səbətinin tərkibinə daxil edilən ərzaq, qeyri-ərzaq və xidmət xərclərinin normativlərini 2021-ci il üçün yenidən baxılmalıdır. Yaşayış minimunun dəyəri yalnız respublika üzrə 1 məbləğlə deyil, iqtisadi rayonlar üzrə ehtiyaclar və qiymətlər nəzərə alınmaqla fərqli qaydada hesablanmalıdır. Həmçinin yaşayış minimunun dəyərinin uşaqlar üzrə 1 məbləğlə deyil, 0-5, 6-10, 11-15 yaş qrupları üzrə ehtiyaclar nəzərə alınmaqla fərqli qaydada hesablanması daha doğru olar”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki