Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.64 $▼1.71%
  • WTI neft86.74 $▼1.81%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.141 $▼0.54%
  • Qızıl3 864 $▼0.15%
  • Gümüş46.69 $▼1.34%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda590.75 ¢▲0.68%
  • Bitcoin64 507 $▼1.24%
  • Ethereum1 820 $▼0.78%
  • S&P 5007 479▼1.08%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

“Yaylaq Festivalı” ərazisində əxlaqsızlıq yuvası yaratdı, cəzalandırıldı

image-1684308800_c9da66a7-0574-3e97-b746-a0a524039d1b
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Göygölün Yeni Zod qəsəbəsi ərazisində yerləşən “Milli Yaylaq Festivalı” ərazisində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə barəsində cinayət işi açılmış şəxsə hökm oxunub.

Busaat.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin ərazidə gözətçi kimi çalışan 63 yaşlı M.Məmmədovun çadırlardan birində pul müqabilində əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, yay aylarında “Milli Yaylaq Festivalı” keçiriləndən sonra təşkilatçılar oradakı çadırları sökməmək və növbəti 2023-cü ilin yayında keçiriləcək festivala saxlamağı qərara alıblar. Onlar Yeni Zod kənd sakini olan M.Məmmədovla qeyri-rəsmi şəkildə əraziyə gözətçilik etməsi və məvacib olaraq aylıq 400-500 manat ödənilməsinə razılaşıblar.
Lakin sonradan M.Məmmədovun ona müraciət edən şəxsə pul müqabilində çadırlardan birini icarəyə verməsi məlum olub. Polisin keçirdiyi əməliyyat zamanı çadırdakı iki nəfər müəyyən edilib və onların ifadələri alınıb. Həmin şəxs M.Məmmədova çadırın 2 saatlıq icarəsi üçün 41 manat ödədiyini bildirib.

Məmmədov barəsindəki cinayət işinin materialları Göygöl Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə o, qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109880