Yevlaxda 62 yaşlı qadının meyiti tapıldı

image-qadinbackend

Yevlaxda 62 yaşlı qadının evində meyiti aşkarlanıb.

Busaat.az xəbər verir ki, Nərimanabad kəndində 1962-ci il təvəllüdlü Səfərova Zöhrə Səfər qızının meyiti evində aşkar edilib.

Qadının meyitin aşkar edildiyi otaqda quraşdırılmış qazla işləyən qızdırıcı qurğudan ayrılan dəm qazından zəhərlənərək ölməsi ehtimal olunur.

Araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90