Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, bu il ilk dəfə Şimali Kiprdə təşkil edilən TEKNOFEST-in açılış mərasimində mühüm açıqlamalar verib.
“Busaat.az” NTV-yə istinadən xəbər verir ki, Yıldırım tədbirdə iştirak edərək festivalın böyük bir uğur hekayəsi olduğunu və Türk Dövlətləri Təşkilatının texnologiya və müdafiə sahələrində inkişaf etmiş ölkələrə verilən mənalı cavab olduğunu bildirib.
O, həmçinin TEKNOFEST-in Şimali Kiprdə təşkil edilməsinin simvolik əhəmiyyətinə toxunub və Kıbrıs türklərinin heç kimdən qorxmadıqlarını bir daha göstərdiklərini vurğulayıb.
Yıldırım, “Ən yaxşı cavabı burada, Ercan hava limanında veririk” deyərək, son zamanlar Türk Dövlətləri Təşkilatına qarşı irəli sürülən haqsız ittihamlara cavab verdiklərini qeyd edib. “Bilin ki, Şimali Kipr Türkiyənin qırmızı xəttidir”.
Nərmin Səmidova