Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.37 $▲0.48%
  • WTI neft102.05 $▲0.70%
  • Avropa qazı (TTF)94.52 €▼1.63%
  • Təbii qaz (ABŞ)3.044 $▼0.65%
  • Qızıl4 065 $▲0.20%
  • Gümüş53.97 $▼0.26%
  • Pambıq77.97 ¢▼0.09%
  • Buğda610.75 ¢▼0.12%
  • Bitcoin81 377 $▲0.71%
  • Ethereum2 369 $▲0.94%
  • S&P 5007 723▲0.60%
17°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

Yol polisindən xəbərdarlıq - Cərimələnə bilərsiniz

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçıq yaranıb, bu səbəbdən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmaması müşahidə olunur.

Busaat.az  xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) növbəti dəfə xəbərdarlıq edib.

BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir.

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir.”

Polis polkovnik-leytenantı qeyd edib ki, hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artması səbəbindən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət yetirilməlidir:

“Lakin bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamadıqları, hətta bilərəkdən nişanların üstünü süni şəkildə biraz da çirkləndirilməsi yolverilməzdir”.

Sonda şöbə rəisi əlavə edib: “Xatırladırıq ki, AR İXM-nin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=1476