Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin ümumi sayı 1 709 571 (bir milyon yeddi yüz doqquz min beş yüz yetmiş bir) nəfərdir.
Busaat.az xəbər verir ki, bu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il məlumatında qeyd olunub.
Onlardan 913759 (doqquz yüz on üç min yeddi yüz əlli doqquz) nəfəri – 53%-i oğlan, 795812 (yeddi yüz doxsan beş min səkkiz yüz on iki) nəfəri-47%-i isə qızlardır. Cins bölgüsü arasındakı fərq 117947 nəfər, yəni 6%-dir. Bu fərq 2021-ci illə müqayisədə 2109 nəfər azdır. Yuxarı sinifl ərə qalxdıqca şagirdlərin sayında azalma müşahidə olunmur. 1993-2021- ci illəri əhatə edən statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstündür. Yüksək bal intervallarında (600-700 və 500-599 bal aralığı) qızlar üstünlük təşkil edir. 2022-ci ildə keçirilmiş qəbul imtahanlarında 600-700 bal intervalında nəticə göstərən abituriyentlərin 53,4%-i qızlar, 46,6%-i isə oğlanlar olmuşdur. Həmçinin 500-599 bal intervalında nəticə göstərənlərin 55,1% qızlar olub.