Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 256 $▼0.64%
  • Ethereum2 329 $▼1.11%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Dünya

Yunanıstan Baş Qərargah rəisindən Türkiyə sərhədində yeni TƏXRİBAT

image-10121149315055604116

Üç gündür Ege adalarındakı hərbi birləşmələri ziyarət edən və təxribat fotolarını paylaşan Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros bu dəfə Türkiyənin İpsala Sərhəd Qapısını Meriç çayının o tayından mesaj göndərib.

Busaat.az xəbər verir ki, Floros Meriç sərhədinin Yunan tərəfində çəkdiyi fotoları sosial media hesabında paylaşaraq bu sözləri yazıb:

“İlk dayanacağımız Kipi körpüsüdür. Müşahidə məntəqəsinin işçiləri ilə buradayıq. Yunan bölgəsini öz missiyasına sədaqətlə müdafiə edənlərə sağlamlıq və güc arzu edərək, Yeni ilini təbrik edirəm. Evros (Erik) yıxılmadı, yıxılmayacaq!”

Qeyd edək ki, son vaxtlar Yunanıstan tez-tez Krit ətrafındakı ərazi sularının 12 milədək artırılacağını bildirir.

Afinanın bu açıqlamalarına Türkiyə növbəti dəfə cavab verib.

Xarici işlər naziri Çavuşoğlu deyib: “Son vaxtlar Yunan mətbuatında xüsusilə Krit ətrafında quru sularının 12 milə qədər artırılacağı ilə bağlı xəbərlər yayılıb. Bu məsələdə mövqeyimiz aydındır. 12 yox, Egedə 1 mil belə genişlənmələrinə icazə verməyəcəyik. Parlamentimizin 1995-ci ildə bu məsələ ilə bağlı qəbul etdiyi qərar aydındır və hələ də qüvvədədir. Yunanıstana bir daha xəbərdarlıq edirik. Arxanıza aldıqlarınıza inanaraq yalançı qəhrəmanlığın arxasınca getməyin. Macəraya qapılmayın. Bunun axırı sizin üçün yaxşı olmayacaq”.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul