Yunanıstan hərəkətə keçdi- 10 milyard avroluq müdafiə büdcəsi….

backend

Yunanıstan hərbi xərclərini artırır.

Busaat.az xəbər verir ki, Afina hökuməti qarşıdakı 10 ildə 10 milyard avroluq müdafiə büdcəsi ayırmağı planlaşdırır.

Koronavirus pandemiyasının səbəb olduğu iqtisadi durğunluq və daim artan büdcə kəsirinə rəğmən, hərbi büdcəni genişləndirən Kiriakos Mitsotakis hökuməti yeni döyüş təyyarələri, helikopter və döyüş gəmiləri almağı hədəfləyib.

Afina hökumətinin müdafiə büdcəsini mövcud olduğundan 3 qat daha artırması mənasına gələn bu qərar NATO üzvlərinin də diqqətini çəkir.

Yunanıstanın səlahiyyətli şəxsləri Türkiyə ilə Şərqi Aralıq dənizində yaşanan gərginliyi bəhanə edərək hərbi xərcləri artırma qərarını ictimaiyyətə “satmaq” üçün hərəkətə keçib. Baş nazir Kiriakos Mitsotakis məsələ ilə bağlı bu açıqlamanı verib: “Yunan xalqı üçün bəzi kiçik fədakarlıqlar mənasına gəlsə də, Silahlı Qüvvələri qorumaq üçün bu fədakarlıqların edilməsi lazımdır”.

Ayrılan 10 milyard avroluq büdcədən 1,5 milyard avroluq hissə qarşıdakı aylarda silah və sursat üçün istifadə ediləcək. Bundan başqa, Yunanıstanın ABŞ-ın “Lockheed Martin” tərəfindən hazırlanan F-16 qırıcılarını yeniləmək layihəsinin 1,25 milyard avroluq büdcə ilə 2027-ci ildə tamamlanması gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90