Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 803 $▲0.60%
  • Ethereum2 363 $▲1.04%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Dünya

Yunanıstanda güclü yağışdan sonra daşqın olub

image-yunanistanda-dasqin

Yunanıstanda güclü leysandan sonra daşqınlar əmələ gəlib.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası ERT məlumat yayıb.

Bildirilib ki, Volos, Larisa, Saloniki şəhərləri və ətraf rayonlara təsir edən güclü yağış həyatı iflic hala salıb.

ERT-nin xəbərinə görə, Volosda heyvanlarını xilas etməyə çalışan 70 yaşlı fermer torpaq sürüşməsi nəticəsində dağılan divarın altına düşərək həyatını itirib.

Daşqın sularında qalan 42 yaşlı şəxs də axtarış-xilasetmə qrupları tərəfindən axtarılır.

Bölgədə daşqın nəticəsində onlarla ev və biznesə ziyan dəyib. Mülki müdafiə bölmələri mobil telefonlarına göndərdikləri mesajda sakinlərdən məcbur olmadıqca küçəyə çıxmamağı xahiş ediblər.

Yunanıstan Meteorologiya İdarəsinin məlumatlarına görə, “Daniel” adlı əlverişsiz hava şəraiti bu həftə ölkə daxilində təsirli olacaq.

İqlim Böhranı və Mülki Müdafiə Naziri Vasilis Kikilias meteorologiya departamentinin ötən həftə verdiyi xəbərdarlıqlara uyğun olaraq bütün bələdiyyələrdən daşqınlara qarşı ayıq-sayıq olmalarını xahiş etmişdi.

Nazir meşə sahələrinin yandırıldığı ərazilərdə su basma ehtimalına qarşı tədbirlərin artırılmasını istəmişdi.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul