Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft89.73 $▲0.46%
  • WTI neft82.88 $▲0.80%
  • Avropa qazı (TTF)84.45 €▲4.12%
  • Təbii qaz (ABŞ)3.308 $▼2.25%
  • Qızıl3 681 $▼1.17%
  • Gümüş44.38 $▼1.56%
  • Pambıq79.96 ¢▼0.17%
  • Buğda593.25 ¢▲1.45%
  • Bitcoin62 889 $▼0.15%
  • Ethereum1 779 $▲0.22%
  • S&P 5007 219▼1.41%
14°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Gündəm

Yüzlərlə erməni Azərbaycana zəng edib, NƏ İSTƏDİ - AÇIQLAMA

image-63a06c9fce096202212225231
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qarabağda yaşayan ermənilər üçün yaradılan “qaynar xətt”ə indiyə qədər təxminən 150 zəng daxil olub.

Busaat.az xəbər verir ki, bunu Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi”-nin rəhbəri Dilarə Əfəndiyeva deyib.

“Qaynar xətt” yaranandan bəri təkcə mənə 150 zəng gəlib, təxminən eyni sayda zəng “qaynar xətt”ə gəlib. “Qaynar xətt”ə daxil olan əsasən Laçın yolunun bağlanması ilə bağlı olur. Zəng edən ermənilər məsələ ilə bağlı bizim məqsəd və məramımızı öyrənməyə çalışırlar. Həmin şəxslərə izah edirik ki, yolu biz bağlamamışıq, eləcə də digər sualları cavablandırmışıq. Bizə zəng edən şəxslər adlarını açıqlamaqdan və özləri barədə dəqiq məlumat verməkdən qorxduqlarını bildirirlər. Onu da qeyd edim ki, bizə soydaşlarımız da zəng edirlər”, – mərkəzin rəhbəri vurğulayıb.

D.Əfəndiyevanın sözlərinə görə, Ermənistan tərəfi “qaynar xətt”i bloklamağa çalışır: “Ermənistan sözügedən “qaynar xətti” bloklamaq istəyir. İnsanları hədələyirlər. Çalışırlar ki, Qarabağdakı ermənilər bizimlə əlaqə saxlamasınlar”.

Qeyd edək ki, dekabrın 16-da Azərbaycanda Qarabağ erməniləri üçün “qaynar xətt” yaradılıb. Belə təşəbbüslə Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi”nin rəhbəri Dilarə Əfəndiyeva çıxış edib. Qarabağ bölgəsindən “qaynar xətt”ə müraciət edənlərin məxfiliyinə tam zəmanət verilib.

Qaynar xəttin nömrəsi belədir: +994702779911.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94612