Zakir Fərəcov Qarabağda döyüşən əsgərlərin zəhməthaqqını hələ də verməyib

Zakir Fərəcov Qarabağda döyüşən əsgərlərin zəhməthaqqını hələ də verməyibbackend

Uzun müddətdir ki, iş adamları, sahibkarlar, ustalar, fəhlələr və digər inşaat işçiləri Sumqayıtın icra başçısı Zakir Fərəcovdan öz halal pullarını tələb edirlər.
Məlumat üçün qeyd edək ki, Sumqayıt şəhərinin və bulvarının abadlaşdırılmasında Zakir Fərəcovun dəvəti ilə onlarla şirkət, yüzlərlə usta, fəhlə, iş icraçısı iştirak edərək, şəhərin abadlaşdırılmasına töhfə veriblər. Hətta açılışda iştirak edən cənab prezident İlham Əliyev görülən işləri möhtəşəm adlandırıb. Amma nə olsun.
Bu möhtəşəm işləri görən, iş adamları, sahibkarlar, ustalar, fəhlələr öz halal zəhmət haqlarını Zakir Fərəcovdan ala bilməyiblər.
Narazı şəxslər ölkədə müraciət etmədikləri dövlət qurumu qalmayıb, ancaq ortada nəticə yoxdur.
Ən dəhşətlisi bilirsiniz nədir ?
Redaksiyamıza daxil olan məlumata görə, halal pulunu, zəhmət haqqını Zakir Fərəcovdan ala bilməyən xeyli usta, fəhlə bu yaxınlaracan gedən Qarabağ uğrunda Vətən savaşında qəhrəmancasına iştirak edib.
Görəsən, Zakir Fərəcovun bundan xəbəri varmı?
Görəsən, Zakir Fərəcovun “sağ əli” Adil Xudadatov haqqını yedikləri sadə insanların müqəddəs müharibədə can qoymaqlarından xəbəri varmı ?
Ümumiyyətlə, Zakir Fərəcov, Adil Xudadatov üçün müqəddəs nəsə varmı ?
Görəsən, Zakir Fərəcovun, Adil Xudadatovun qohumları, doğmaları qanlı döyüşlərdə iştirak edirmi ?
Barı, bu gün Zakir Fərəcov özündə güc tapıb Qarabağda vuruşan insanların halal pulunu versin.
Bir sözlə, Zakir Fərəcova suallar çoxdur…
araz.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90